QHT üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi vebinarda iştirak edirlər

qhtxeber.az  Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi ikigünlük vebinarda iştirak edirlər. 
 
Bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov məlumat verib. 
Məlumatda bildirilir ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının laxtalanma pozuntusu ilə olan qadınlar komitəsinin üzvləri Mədinə Hüseynova və Diləhruz Tarverdiyevanın iştirak etdiyi  vebinarın əsas mövzusu laxtalanma pozğunluğu ilə olan qadın pasientlərin çətinlikləri, müalicələri və kompleks yanaşma mövzularıdır. 
 
Vebinarda Avropa Hemofiliya Konsorsiumunun prezidenti Declan Noon (İrlandiya), İrlandiya Cərrahlar Kral Kollecinin Damar Biologiyası üzrə İrlandiya Mərkəzindəki Koaqulyasiya Hematoloji Tədqiqatının Kliniki direktoru Mişel Lavin, Hematoloq - məsləhətçi, Karin Van Galen (Hollandiyanın Van Creveldclinik, Utrext Universitetinin Tibb Mərkəzi), Avropa Hemofiliya Konsorsiumunun (EHC) Qadınlar və Qanaxma Komitəsinin üzvü Diana Ligezan (Rumıniya), aparıcı tibb bacısı mütəxəssisi Debra Pollard( Royal Free Hospital, London, İngiltərə), Ginekoloq-məsləhətçi Rezan Abdul-Kadir (Royal Free Hospitalı, London, İngiltərə), Avropa Hemofiliya Konsorsiumunun (EHC) Qadınlar və Qanaxma üzrə Komitənin üzvü Yannick Colle (Fransa), Avropa Hemofiliya Konsorsiumunun (EHC) üzvü Naja Skou-Rasmussen (Danimarka) çıxış ediblər. 
 
Qeyd edək ki, #COVİD19 pandemiyası olmasa idi bu konfransın İsveçrənin Bazel şəhərində keçirilməsi planlaşdırılırdı.