QHT-lərin nəzərinə!

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 13 iyun 2020-ci il saat 12:00-da onlayn məlumatlandırma sessiyası keçirəcək.  
 
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov onlayn sessiyada Şuranın 2 iyun 2020-ci ildə elan etdiyi qrant müsabiqəsinin mövzuları haqqında məlumat verəcək, həmçinin, QHT nümayəndələrinin suallarını cavablandıracaq.
 
QHT-ləri məlumatlandırma sessiyasında fəal iştiraka dəvət edirik.