Şura və REAL TV-nin birgə “Maska tax, sosial məsafəni qoru!” adlı məlumatlandırma reydi

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası REAL TV ilə birgə “Maska tax, sosial məsafəni qoru!” adlı maarifləndirmə, məlumatlandırma reydi keçirib. 
 
Bu reyd zamanı QHT təmsilçiləri şəhərin küçələrində əhali ilə görüşüb, koronavirus infeksiyası, onun törətdiyi bəlalar, xəstəliyin səbəb və nəticələri, yoluxma ehtimalı haqda məlumat veriblər. "Maska tax, sosial məsafəni qoru" adlı bu reyd eyni zamanda monitorinq xarakterli olub.
 
Monitorinqi paytaxt ərazisində yerləşən parklarda, eləcə də ictimai nəqliyyatda aparılıb. Monitorinqdə iştirak edən QHT təmsilçiləri bildiriblər ki, əhali ilə söhbətdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə və elan edilən xüsusi karantin rejiminin tələblərinə riayət etmək tövsiyə edilib.
 
Qeyd edək ki, aparılan məlumatlandırma reydini vətəndaşlar yüksək qiymətləndiriblər.