QHT müsabiqə elan edib

Mənəvi Dəyərlərin Təbliği Fondu “Tarixin şahidləri” müsabiqəsini elan edib.
 
Fonddan AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin əsas məqsədi Azərbaycanda yerləşən müxtəlif, xüsusilə az bilinən tarixi-dini abidələrin geniş auditoriyada təbliği, müxtəlif bölgələrimizdə yerləşən, keçmişimizin izlərini özündə əks etdirən abidələrin gənclər tərəfindən daha çox öyrənilməsi, eləcə də qalib elan edilən materialların müxtəlif internet resurslarında xarici dillərdə (rus və ingilis dillərində) yayılmasını həyata keçirməkdir.
 
Müsabiqəyə təqdim olunan materiallar 3 formatda (video, şəkil və mətn) qəbul ediləcək:
 
1. Video (1920x1080; 16:9 ratio; müddət 3-4 dəq, on-off və ya digər maraqlı təqdimatlarda ola bilər),
 
2. Şəkil (12.5 megapixel; image resulation 4080x3072; 10.24” x 13.6” at 300 dpi; şəkil sayı 10 ədəd),
 
3. Mətn (TNM 12, 1.5 aralıq, A4 vərəq, maksimum 3-4 səhifə).
 
Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs yalnız bir formatda və bir obyekt (abidə, məbəd və s) təqdim edə bilər. Əks təqdirdə müsabiqədən uzaqlaşdırılacaq. Göndərilən video və şəkil formatlarında təqdim edilən obyekt (abidə, məbəd və s.) mahiyyəti üzrə aydın formada olmalı, təqdim etdiyi obyektin tarixi, yeri və müxtəlif rakurslardan görüntüsü əks olunmalıdır. Mətn formatında təqdim edilən material əhatəli və ictimaiyyət tərəfindən az bilinən abidə, məbəd və s. olmalıdır.
 
Video və şəkillər elektron daşıyıcıda Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilməlidir. Mükafat: I yer (bir nəfər)- 800 AZN, II yer (iki nəfər)- 600 AZN, III yer (üç nəfər)- 400 AZN. Hər biri 150 AZN olmaqla 5 həvəsləndirici mükafat da nəzərdə tutulub. Son müraciət tarixi: 7 sentyabr 2020-ci il. Əlaqə: telefon: 012-464-92-57, e-mail: mdtf.press@gmail.com. Ünvan: Bakı şəhəri, Tbilisi prospekti 35 (ASK Plaza 4-cü mərtəbə).