Sahibkarlar üçün növbəti onlayn seminar keçiriləcək

İyulun 8-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn seminar keçiriləcək.
 
ASK-dan AZƏRTAC-a bildirilib ki, kommunikasiya üzrə mütəxəssis Şəbnəm Məhərrəmovanın moderatorluğu ilə “Pandemiya dövründə effektiv kommunikasiyanın rolu” mövzusunda canlı yayım təşkil olunacaq. Canlı yayımda "Qeyri-müəyyən dövrdə kommunikasiya vasitələrinin və kanallarının məqsədyönlü istifadəsi", "Kontentin düzgün müəyyənləşdirilməsi", "Yalnış informasiya – pandemiyadan daha zərərli”, "Dəqiq və etibarlı informasiyanın ilk mənbəyi olmaq və məlumatın davamlılığının təmin edilməsi, "Müasir və gələcək dövr üçün kommunikasiya trendləri" mövzuları müzakirə olunacaq.
 
Canlı yayımı Azərbaycan Sahibkarlar Konfederasiyasının “Facebook” səhifələrindən izləmək olar.