Nazirlik vergiödəyicilərinə müraciət edib

İqtisadiyyat Nazirliyi xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə “icaze.e-gov.az” portalından icazə alınması üçün vergiödəyicilərinə müraciət edib.
 
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli Qərarının 1.3-cü bəndinə əsasən, bu Qərarın əlavəsində nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
 
İcazə almaq üçün fəaliyyət növünün (5 rəqəmli kodunun) Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən sahələrə uyğunluğunu yoxlamaq lazımdır (fəaliyyət sahələri və kodları əlavə olunur).