Şuranın dəstəyilə imkansız ailələrə ərzaq yardımı ediləcək

Media və Mülki Cəmiyyət İctimai Birliyi “Vətəndaşların sosial hüquqlarının təmin edilməsi istiqamətində maarifçilik tədbirləri” mövzusunda yeni layihəyə start verib. İyul ayının 1-dən başlayan layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
 
Bu barədə layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib.
 
X. Əhmədov bildirib ki, layihə çərçivəsində sosial maarifləndirmə xidməti üzrə Bakı şəhərində “Qaynar xətt” yaradılacaq, “Hüquqlarımızı bilək” adlı geniş sosial-hüquqi maarifləndirmə kampaniyası həyata keçiriləcək. Yardımlı, Salyan və Qobustan rayonlarında fəaliyyət göstərən idarə və təşkilatlarda vətəndaşların ərizə və şikayətlərinə baxılmasının mövcud vəziyyəti monitorinq ediləcək.
 
Layihədə həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə çağırışına dəstək olaraq 25 imkansız ailəyə ərzaq və gündəlik təlabat mallarından ibarət yardım olunması nəzərdə tutlub.