Şura rəsmisi icazələrin ləğvi ilə bağlı yaranmış anlaşılmazlığın aradan qaldırılması üçün atılacaq addımlara aydınlıq gətirib

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud bəzi QHT-lərin elektron icazə sistemində icazələrin ləğvi ilə bağlı yaranmış anlaşılmazlığın aradan qaldırılması üçün atılacaq addımlara aydınlıq gətirib. 
"Əziz dostlar, hörmətli QHT nümayəndələri!, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hazırkı karantin rejimi dövründə QHT-lərin müvafiq istiqamətdə fəaliyyət azadlığının təmin olunması məqsədi ilə icazənin alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahla danışıq aparır. İnanırıq ki, məsələ tezliklə həll olunacaq və siz ictimai faydalı fəaliyyətinizi davam etdirəcəksiniz. Səbirli olub bir qədər gözləməyimiz lazımdır"- 
Mətbuat xidmətinin rəhbərinin açıqlamasına QHT təmsilçiləri sosial şəbəkədə dərhal reaksiya veriblər.  
QHT sədri Lamiya İsazadə yazıb: "İnanırıq ki, danışıqlar müsbətə doğru öz həllini tapacaqdır. 2 gündür fəaliyyətsiz qalmışıq. Layihənin icrası ilə məşğul ola bilmirik. 2 saatlıq icazə ilə heç bir iş görmək mümkün deyil".
Elmeddin Behbud:  Lamiya İsazadə, əmin olun ki, bu məsələ ən azı sizin qədər Şuranı da narahat edir.
Cesaret Huseynzade: Elmeddin müəllim, biz buna əminik və bilirik!!!
Lamiya İsazade Elmeddin Behbud, el dili ilə desək Şura QHT-lərin ata ocağıdır. Fəaliyyətimizlə bağlı bir problemimiz olan kimi ilk döyəcəyimiz qapı QHT Şurası olur. Çünki qurumunuza etimadımız sonsuzdur. Var olun hər biriniz.
Cesaret Huseynzade: Mənim fikrimcə məsələ qanunvericilk müstəvisində həll olunmalıdır. 
Vamiq Babayev QHT Şurası hər zaman öz nümunəvi fəaliyyəti və irəli atdığı mütərəqqi addımları ilə fərqlənib. Qeyd etdiyiniz məsələnin həllinə nail olmasına da inanırıq.
Veli Turan Biz bu gün İB adından icazə aldıq. Qeyd bölümündə Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən
təqdim edilmiş layihənin icrasından irəli gələn məsələlər yazılmışdı
Ceyhun Musaoğlu: Sizə minnətdar olarıq