"Qaydalara əməl et, Cəmiyyəti qoru" -Mehdiabadda

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının REAL TV ilə birgə başladığı "Qaydalara əməl et, Cəmiyyəti qoru" ictimai monitorinq və maarifləndirmə kampaniyası üzrə növbəti reyd Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş tutub. Bu bölgə üzrə koordinator, QHT sədri Fatimə Hacıbəylinin verdiyi məlumata görə, reyddə Abşeron rayon İH-nin numayəndələri, Abşeron rayon Polis idarəsinin əməkdaşları, digər nüfuzlu şəxslər iştirak ediblər. 
 
QHT sədri bildirib ki, Mehdiabad qəsəbəsindəki ticarət və xidmət obyektlərində, həmçinin, avtobus dayanacaqlarında monitorinqlər aparılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahının tələb və tövsiyələrinə riayət olunmasının, qoruyucu maskadan istifadənin, sanitar-gigiyena qaydalarına əməl edilməsinin zəruriliyi vətəndaşların diqqətinə çatdırılıb. Reyddə iştirak edən polis əməkdaşları monitorinq zamanı aşkarlanan ciddi qanun pozuntusu hallarını sənədləşdiriblər.
 
"Proflaktik tədbir çərçivəsində qapalı məkanlarda fəaliyyət göstərən işçilərə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verilib"- deyə Fatimə Hacıbəyli bildirib. 
 
#BizBirlikdəGüclüyük #QaydalaraƏməlEtCəmiyyətiQoru #QHTŞurası #Realtv