Mərkəz COVİD-19 ilə mübarizədə ən nüfuzlu beynəlxalq layihələrdə təmsil olunmaqda davam edir

qhtxeber.az  Nizami Gəncəvi Beynəlxalq Mərkəzi COVİD-19 ilə mübarizədə ən nüfuzlu beynəlxalq layihələrdə təmsil olunmaqda davam edir.
 
Mərkəzin təşəbbüsü ilə dünyanın nüfuzlu beyin mərkəzlərinin onlayn koordinasiya toplantisına ev sahibliyi etmişdir. Mərkəzin İdarə Heyətinin üzvü, Bosniya və Herseqovinanın sabit Baş Naziri Zlatko Laqumdzijanın moderatorluğu ilə keçirilən video-konfransda Madrid Klubunun Baş Katibi, İnterAction Şurasının Baş Katibi, Dünya Elm və Mədəniyyət Akademiyasının Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi, Berggruen İnstitutunun Vitse-Prezidenti, BMT Davamlı İnkişaf Proqramının Həm-Sədri, Amerika Xarici Əlaqələr üzrə Milli Komitənin Prezidenti, Delfi İqtisadi Forumunun Prezidenti və CONCORDİA təşkilatının həmsədri iştirak etmişlər.
 
Müzakirə zamanı beynəlxalq təşkilatların COVİD-19 dövründə fəaliyyətinin daha müntəzəm koordinasiya olunması, BMT-nın 75 illiyi ilə əlaqədar birgə layihələrin keçirilməsi və o cümlədən multilateralizmin təbliğ olunması mövzusunda fikir mübadiləsi aparmışlar.