İctimai Liderlər Platforması Ermənistanın hərbi və informasiya təxribatı ilə bağlı bəyanat yayıb

İctimai Liderlər Platforması ötən gün Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə yaratdığı hərbi və informasiya təxribatı ilə bağlı bəyanat yayıb. 
 
Bəyanatda deyilir:
 
Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücum etməyə cəhd göstərib. Düşmənin xain hücumu zamanı dörd əsgər və zabitimiz qəhrəmancasına şəhid olub.  Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, yayılmış videolardan da göründüyü kimi, düşmənin texnikası və çoxlu sayda canlı qüvvəsi məhv edilib. Şəhidlərimizin qisası düşməndən artıqlaması ilə alınıb.
 
Ermənistanın bu hücum cəhdi və silahlı təxribatı Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirsə də, digər tərəfdən onun ifadə  forması bir sıra narahatçılıq doğurdu. Biz hamımız yaxşı anlayırıq ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Bu gün Azərbaycan güclü orduya malikdir və ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.
 
Bu gün bizi ciddi narahat edən digər bir məsələ Ermənistanın informasiya məkanında törətdiyi təxribatla bağlıdır. Düşmən tərəfindən azərbaycanlı  adı və soyadı ilə yaradılmış yüzlərlə  sosial şəbəkə hesablarından dövlətimizə qarşı informasiya müharibəsi aparan, ölkəni xaosa sürükləyən, xalqımızın və  ordumuzun döyüşkən ruhuna mənfi təsir etməyə çalışan çağırışların şahidi oluruq. Düşmənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı təşkil olunmuş informasiya müharibəsinə onların daxildəki və xaricdəki uzantıları da fəal dəstək verirlər.
 
Biz, İctimai Liderlər Platforması olaraq  cəmiyyətimizi, xüsusilə, mətbuat nümayəndələrini, QHT sektorunu, sosial şəbəkə iştirakçılarını, xaricdə yaşayan soydaşlarımızı,  hər bir vətəndaşımızı və bütün ictimai fəalları  bu cür təxribatların qarşısını almağa və  onları anındaca ifşa etməyə çağırırıq.
 
Biz, düşmənlə müharibə şəraitində olan müdrik xalqımızı, vətəndaşlarımızı təmkinli, səbrli olmağa, təxribatlara uymamağa və belə həssas və ağır zamanda hamını ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, ordumuza dəstək olmağa çağırırıq!
 
Əminik ki, tezliklə torpaqlarımız Ali Baş Komandanın əmri, xalqımızın dəstəyi və qəhrəman ordumuzun gücü ilə erməni işğalçılarından azad olunacaqdır!
 
Vətən uğrunda canlarını fəda edən bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik!
 
Tanrı Dövlətimizi, Xalqımızı, Müstəqilliyimizi və  Ordumuzu qorusun!
 
 
İctimai Liderlər Platformasının üzlvləri:
 
 
Rauf Zeyni, Milli Qeyri-Hökumət Təşkilatları Forumu
 
Sabit Bağırov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
 
Umud Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondu
 
Əliməmməd Nuriyev, Konstitusiya Araşdırmalar Fondu
 
Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
 
Novela Cəfərova, D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti
 
Səadət Bənənyarlı, "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi
 
Səltənət Qocamanlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi
 
Qorxmaz İbrahimli, Biosfer İctimai Birliyi
 
Əvəz Həsənov, Humanitar Tədqiqatlar İctimai Birliyi
 
Əziz Ələkbərov, Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi
 
İsrayıl İsgəndərov, "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi
 
Vüqar Bayramov, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi
 
Çingiz Qənizadə, Demokratiya və İnsan Hüquqlari Komitəsi
 
Məhərrəm Zülfüqarlı, İctimai Problemlərin Tədqiqi Assosiasiyası
 
Kamil Səlimov, "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi
 
Fuad Məmmədov, "SİMURQ" AZƏRBAYCAN MƏDƏNİYYƏT ASSOSİASİYASI
 
Eyyub Hüseynov, "Azad İstehlakçılar" İctimai Birliyi
 
Tənzilə Rüstəmxanlı, Azəri Türk Qadinlar Birliyi
 
Mirvari Qəhrəmanova, Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi
 
Şəmistan Əlizamanlı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi
 
Akif Nağı, Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi
 
Osman Gündüz, Multimediya Sistemləri İctimai Birliyi
 
Mayis Əliyev, Sosial Hüquqların Araşdırılması İctimai Birliyi
 
İradə Rizazadə, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi
 
Bahar Qasımova, "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi
 
Məlahət İbrahimqızı, "Lider Qadınlar" İctimai Birliyi
 
Fizüli Rzaquliyev, Vətən Müharibəsi Veteranları İctimai Birliyi
 
Mehdi Mehdiyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi
 
Mehriban Zeynalova, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi
 
Etibar Əliyev, 21-ci əsr Təhsil Mərkəzi İctimai Birliyi
 
Əhməd N. Abbasbəyli, "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi
 
Nəsiman Yaqublu, Tarix və Məbuat Araşdırmalarına Dəstək
 
Şahin Rəcəbov, "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi
 
Aydın Əbilov, "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi
 
Fikrət Yusifov, Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
 
ElçinHüseynov, "Azərbaycan Yazarlar Klubu" İctimai Birliyi
 
Aydın Kərimov, Müstəqil Hüquq Mərkəzi
 
Əhməd Qəşəmoğlu, Tərəqqi və Demokratiya İctimai Birliy
 
Hafiz Həsənov, Hüquq və İnkişaf İctimai Birliyi
 
Mirəli Hüseynov, Demokratiyanı Öyrənmə İctimai Birliyi
 
Şəmsəddin Əliyev, Polisə Dəstək İctimai Birliyi
 
Asif Əsgərli, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
 
Emin Həsənli, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləmndirmə  İctimai Birliyi
 
İlqar Orucov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi