Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Moldova Respublikası son günlərdə insan itkisi ilə nəticələnən Azərbaycan-Ermənistan sərhədindəki silahlı qarşıdurmanı narahatlıqla izləyir.
 
qhtxeber.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin açıqlamasında deyilir.
 
“Həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri güc tətbiq etməməyə, vəziyyətin gərginləşməməsi üçün səyləri davam etdirməyə, beynəlxalq hüququn norma və prinsipləri əsasında davamlı siyasi həll yolu tapmağa çağırırıq.
Moldova Respublikası münaqişə vəziyyətinin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh yolu ilə həllinin tərəfdarıdır", - nazirliyin bəyanatında vurğulanıb.