Ərizələr elektron qaydada avqustun 15-nə qədər qəbul olunacaq

“Bakı Metropoliteni” QSC hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin növbəti seçimini həyata keçirir.
 
Qurumun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ərizələr yalnız elektron qaydada və avqustun 15-nə qədər qəbul edilir.
 
Seçimdə iştirak etmək istəyən namizədə dair bir sıra tələblər irəli sürülüb. Belə ki, maşinist olmaq istəyən şəxslər yaşı 24-30 arasında, ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı və kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) olmalıdır.
 
Seçim məntiq, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun gələn namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar.
Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5–6 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.
 
İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
 
Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.
 
 

SON ƏLAVƏLƏR