Şuranın dəstəyilə "Könüllülk - həyat tərzimizdir!"

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Koronavirus (COVID-19) pandemiya dövründə "Könüllülk- həyat tərzimizdir!" devizi altında maarifləndirmə və sosial yardım tədbirlərinin təşkili layihəsinə start verilib.
 
Layihənin məqsədi koronavirus (COVID-19) pandemiya dövründə gənclərə könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsi, onlarla onlayn görüşlərin keçirilməsi, həmçinin onlar arasında könüllülük hərəkatını təbliğ etdirməkdir. 
 
Layihə zamanı könüllü gənclər tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə mübaizə istiqamətində maariflandirici tədbirlər keçiriləcək,  sağlam həyat tərzi təbliğ ediləcək, könüllülərə onların hüquq və vəzifələri izah ediləcək, onlar təlimatlandırılacaq, könüllü gənclərin maraq dairəsində olan müxtəlif mövzularda onlayn təlimlər təşkil ediləcək, könüllülər tərəfindən ehtiyacı olanlara ərzaq və tibbi yardımlar göstəriləcək, gənclərin müxtəlif mövzularla bağlı təklifləri dinlənəcək, müzakirələr aparılacaq.