Şura cəbhəyanı bölgələrdə fərdi fermerlərin koronovirusdan qorunmasına dəstək verir

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və və Icbari Tibbi Sıģorta Agentliyinin tərəfdaşlığı ilə “ŞƏFA” Psixoloji-Sosial Yardım İctimai Birliyi “Cəbhəyanı bölgələrdə fərdi fermerlərin koronovirusdan qorunmasına dəstək verilməsi” layihəsinin icrasına başlayıb.
 
Layihənin əsas məqsədi Beyləqan və Füzuli rayonlarının fərdi fermer təsərrüfatlarında çalışan, maddi vəziyyəti aşağı olan insanların koronovirusdan qoruması məqsədi ilə tibbi ləvazimat və gigiyenik vasitələrlə təmin edilməsinə dəstək verməkdən ibarətdir. Bunun üçün Beyləqan və Füzuli rayonlarında fərdi fermer təsərrüfatlarında çalışan imkansız adamların müəyyənləşdirilməsi məqsədi ilə həmin ərazilərdə Yerli hakimiyyət orqanları, bələdiyyələr və icma nümayəndələri ilə fərdi görüşlər keçirilib.
 
 
Yerli idarəetmə orqanlarının məsləhəti və icma üzvlərinin müraciətləri əsasında tibbi ləvazimat və gigiyenik vasitələrin təqdim olunacağı insanlar müəyyənləşdirilib.