Şuranın dəstəklədiyi layihə çərçivəsində həssas qruplara aid olan ailələr müəyyənləşdirilib

qhtxeber.az  “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfdaşlığı ilə “Postpandemiya dövründə həssas qruplara sosial dəstək verilməsi” layihəsi üzrə fəaliyyətlərini davam etdirir.
 
Koronovirus pandemiyası ilə əlaqədar insanların müvəqqəti olaraq işləməməsinin onların sosial durumunda çətinliklər yaratdığını nəzərə alaraq, Bakı şəhərinin Sabunçu və Xətai rayonlarında yaşayan və həssas qruplara aid olan ailələrin müəyyənləşdirilməsi mərhələsi başa çatmışdır. Birdəfəlik ərzaq yardımı kuponunun paylanılması üçün ehtiyacı olanların siyahısı tərtib edilmişdir. 
 
Növbəti ayda yardım kuponlarının poçt xidməti vasitəsilə ünvanlara çatdırılması təmin ediləcək.