“ASAN xidmət”lərdən məmnunluq əmsalı 99,4 faizdir

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon vətəndaşın 38,3 milyona yaxın müraciəti daxil olub.
 
qhtxeber.az azvision.az-a istinadən xəbər verir ki, keçirilən rəy sorğusuna əsasən vətəndaşların “ASAN xidmət”lərdən məmnunluq əmsalı 99,4 faiz təşkil edir.
 
Qeyd edək ki, hazırda ölkəmizdə 20 "ASAN xidmət" mərkəzi var. Onlardan 5-i paytaxt Bakıda, digər 15-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə yerləşir.