Şura regionlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin özünüməşğulluq proqramlarına cəlb olunmasını dəstəkləyir

qhtxeber.az  “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Regionlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin özünüməşğulluq və kiçik biznes proqramlarına cəlb olunması” layihəsinin icrasına başlayır. 
 
Layihənin məqsədi mina qurbanı olmuş şəxsləri və digər müharibə əlillərini kiçik biznes sahəsinə cəlb edərək onların sosial problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə nail olmaqdan ibarətdir.
 
Layihə Füzuli və Tovuz rayonlarında həyata keçiriləcək. Bu rayonlarda yaşayan mina qurbanlarından və digər müharibə əlillərinindən seçiləcək şəxslərə bal istehsalı və arıçılıq kiçik biznesilə məşğul olmaları üçün onların özlərinin iştirakı ilə mal, material və ləvazimatlar alınaraq təhvil veriləcək. Bundan sonra layihənin benefisiarlarının fəaliyyəti monitorinq ediləcək. Layihənin icra müddəti 3 aydır.