Şuranın dəstəyilə ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vasitəsilə yoluxucu xəstəliklərlə mübarizə təşəbbüsləri gücləndiriləcək

qhtxeber.az  “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi “İctimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vasitəsilə yoluxucu xəstəliklərlə mübarizə təşəbbüslərinin gücləndirilməsi” adlılayihəyə start verib. 
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan layihə 4 ay müddətində Bakı şəhərində həyata keçiriləcək. 
 
Bu barədə qhtxeber.az-a məlumat verən ictimai birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva bildirib ki, layihə bir neçə komponentdən ibarət olub təhlükəli yoluxucu xəstəliklərlə mübarizə sahəsindəmaarifləndirmə işlərinin aparılması, pandemiya dövründəCOVİD-19 infeksiyasının profilaktikası və xəstəliyin menecmentinə dair metodiki göstərişlərin yerlərdə icrası ilə bağlı ictimai müşahidələrin keçirilməsi və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi  məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsiistiqamətində fəaliyyətləri əhatə edir.
"Layihənin maarifləndirmə komponenti üzrəəsasən əhalinin həssas təbəqələrini cəlb etməkləviruslu hepatitxəstəliklərivəCOVİD-19-dan qorunma qaydaları barədə məlumatlandırıcı vebinarın keçirilməsi, uyğun mövzudaçap materiallarının hazırlanması və ÜST-ünhepatit viruslarına həsr olunmuş animasiya çarxının Azərbaycan dilində tərtibatı nəzərdə tutulub.
Layihənin digər komponentiçərçivəsində isə  tibb müəssisələrində aparılmış ictimai monitorinqinnəticələrinə əsasən tövsiyələr hazırlanıb müvafiq dövlət orqanlarına göndəriləcək. Bununla yanaşı, ictimai monitorinq keçirilən tibb müəssisələrinə və əhalinin həssas təbəqəsindən olanvebinar iştirakçılarına maarifləndirici çap materialları vəCOVİD-19 xəstəliyinin profilaktikası məqsədilətibbi və gigiyenik vasitələrçatdırılacaq".
 
Təşkilat sədri vurğulayıb ki,Prezident İlham Əliyev daim öz çıxışlarında ictimai nəzarətin gücləndirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması barədə mesajlar verir. "Bəli, hazırkı həssas dönəmdə ictimai iştirakçılığın effektiv təsir imkanlarının artırılmasınaböyük ehtiyac var. Bunun üçün hüquqi baza 2014-cü ildə qəbul olunmuş “İctimai iştirakçılıq haqqında” qanundur.İllərin təcrübəsi qanunun daha mükəmməl və işlək olması üçün onun təkmilləşdirilməsinin zəruri olduğunu göstərir.
Ölkə rəhbərinin çağırışına dəstək olaraq layihənin sonuncu komponenti çərçivəsində müvafiq qanunvericilik bazasının gücləndirilməsi məqsədilə “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB tərəfindən təkliflər hazırlanıb ictimai müzakirəyə çıxarılacaq. Layihənin sonunda təkliflər sənədi Milli Məclisə təqdim olunacaq".
 
Ziba Nəbiyevanın sözlərinə görə, layihəyə töhfə olaraq COVİD-19 pandemiyası dövründəictimai monitorinq, maarifləndirmə və digər dəstəkləyici fəaliyyətlər təşkilat üzvləri tərəfindən könüllü olaraqhəyata keçirilib.