Kanadada yaşayan 15 yaşlı həmyerlimizin uğuru

Kanada da yaşayan 15 yaşlı həmyerlimiz daha bir uğura imza atıb.
 
qhtxeber.az trend-ə istinadən məlumat verir ki, Kanadada yaşayan 15 yaşlı Sibel Cahangirli ABŞ-ın Dyuk Universitetinin (Duke University) xüsusi istedadlı şagirdlər üçün nəzərdə tutulmuş proqramının "Data Science" kursunu müvəffəqiyyətlə bitirərək 98%-lik nəticə əldə edib.
 
Qeyd edək ki, əvvəl ABŞ-da yaşayan Sibel hələ 11 yaşında ikən Yüksək Akademik Nailiyyətlərə görə ABŞ Prezidenti Barak Obamanın Təhsil Mükafatı Proqramının sertifikatı ilə təltif edilmişdi.