Şuranın dəstəyilə aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb

qhtxeber.az  Ölkəmizdə Azərbaycan Prezidenti İlham Əliyevin “Biz Birlikdə Güclüyük!” çağırışına əsasən Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aztəminatlı ailələrə və tənha yaşayan ahıl vətəndaşlara dəstək olmaq məqsədi ilə ərzaq yardımının paylanılması davam etdirilir.
 
Bu işdə dövlət və özəl qurumlarla yanaşı bir sıra Qeyri-Hökumət Təşkilatları da səfərbər olublar. 
 
“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev qhtxeber.az-a bildirib ki, Qurban Bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə icra olunan “Bakı şəhərində əhaliyə göstərilən xidmətlərin (ictimai nəqliyyatda) keyfiyyətinin ölçülməsi dair sorğuların keçirilməsi” adlı layihə çərçivəsində Bakı şəhəri və Masallı rayonunda yaşayan pandemiyadan əziyyət çəkmiş 20-dən çox aztəminatlı ailəyə ərzaq yardımı göstərilib.
 
Birliyin İcraçı direktoru Məhsəti Hüseynova vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulayıb.