YAP gənclərinin "Hər birimiz əsgərik" aksiyası davam edir

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş təxribatdan sonra başladılan “Hər birimiz əsgərik” aksiyası davam edir. 
 
Aksiya çərçivəsində partiyanın könüllü gəncləri səngərlərin möhkəmləndirilməsi üçün cəbhəyə işlənmiş təkər şinlərinin göndərilməsi kampaniyasına qoşulub. Belə ki, vətəpərvər kampaniyaya dəstək verən partiyanın gəncləri cəbhədə istehkam sədlərinin qurulması, müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsində istifadə olunacaq avtomobil şinlərinin müxtəlif yük maşınları vasitəsilə cəbhə xəttinə göndərilməsinə başlayıb. 
 
Kampaniya iştirakçıları bildirib ki, təkərlər cəbhə xəttində qəbul edilir və hərbçilərimizin təhlükəsizliyi üçün səngərlərdə istifadə olunur. Vurğulayıblar ki, hər bir vətəndaşın borcu orduya, əsgərimizə layiqincə dəstək vermək, onların əməli işinə - Azərbaycan torpaqlarını müdafiəsi işinə dəstək verməkdir.(yap.az)
 
Qeyd edək ki, bu gün artıq 3 TİR şin cəbhə xəttinə yola salınıb. Kampaniyanın mütəmadi davam etdirilməsi nəzərdə tutulur.