“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
 
“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 366; 2001, № 12, maddə 736; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 1; 2009, № 8, maddə 611; 2013, № 3, maddə 215; 2014, № 2, maddə 82, № 11, maddələr 1358, 1369; 2017, № 3, maddə 335; 2019, № 1, maddə 27) 4-cü maddəsinə aşağıdakı məzmunda 4-3-cü hissə əlavə edilsin:
 
“4-3. Qeyri-hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının) “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər.”.
 
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 30 iyun 2020-ci il
Prezident.az