QHT-nin İdarə heyətinin iclası keçirilib

qhtxeber.az  Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) İdarə heyətinin iclası keçirilib.
 
İclasda İdarə Heyətinin üzvlər iştirak ediblər. Birliyin sədri Muğan Əliyev iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. MNTK sədri N. Qaçayev  rüb ərzində görülən işlər barəsində hesabat verib.
 
Sonra GVİB sədri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Evdə qalın sizin sağlamlığınız sizi tapacaq" adlı layihənin 2020-ci ilin  iyul-avqust-sentyabr aylarında həyata keçirilməsindən söhbət açıb.Bildirib ki, layihə müddətində Xətai, Binəqədi və Nəsimi rayonlarında Covid-19 pandemiyası  ilə bağlı koronovirusdan əziyyət çəkənlərə və  aztəminatlı ailələrə ərzaq və tibbi ləvazimatlar paylanılıb. M. Əliyev onu da qeyd edib ki, Covid-19 pandemiyası ilə bağlı "facebook" sosial şəbəkəsində yaradılmış “Evdə qalın sizin sağlamlığınız sizin əllərinizdədir” qrupunda maarifləndirmə işləri aparılır.
 
İclasın sonunda İdarə Heyəti bir sıra qərarlar qəbul edib. QHT-nin icraçı direktoru vəzifəsinə Xankişiyev İntiqam Kamal oğlu təyin olunub.