Şuranın dəstəyilə görmə əlilliyi olan şəxslər dini radikallığa və ekstremizmə qarşı mübarizə üzrə maarifləndirilirlər

qhtxeber.az  Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Əlil Ziyalılar İctimai Birliyi Balakən rayonunda “Görmə əlilliyi olan şəxslərin dini radikallığa və ekstremizmə qarşı mübarizə üzrə maarifləndirilməsi” layihəsini icra edir.
 
Layihənin əsas məqsədi görmə imkanı məhdud yeniyetmə və gənclər arasında dini maarifləndirilmənin təşkilindən və onların ekstremist dini qruplara və sektalara qoşulmalarının qarşısının alınmasından ibarətdir. 
 
 
Görmə imkanları məhdud yeniyetmə və gənclərə dini dəyərlərin təbliği məqsədi ilə Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin tövsiyəsinə əsasən, Namiq Zeynəddinin “Müsəlman kimliyi” kitabı Brayl üsulu və səsli formatda nəşr etdirilib. Müyəssər formatda hazırlanmış kitablar “Görmə imkanları məhdud uşaqlar üçün kitabxanaya”, “Sağlamlıq imkanları məhud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbinə”,  “Yetkinliik yaşına çatmamış görmə imkanları məhdud uşaqlar üçün bərpa mərkəzinə”, Balakən və Sumqayıt görmə əlilliyi olan şəxslər üçün reabilitasiya mərkəzlərinə və regional kitabxanalara verilib. 
 
Zaqatala və Balakən rayonlarında yaşayan görmə əlilliyi olan şəxslərin dini radikallığa və ekstremizmə qoşulmalarının qarşısını almaq məqsədilə təlimlər təşkil edilib. Təlimlər rayonun din xadimləri, layihə təlimçiləri və psixoloqu tərəfindən keçirilib.