Şuranın dəstəyilə “Xarı Bülbül - Qarabağın sirli möcüzəsini tanıdaq!”

qhtxeber.az  Gənclər üçün Təhsil Mərkəzi əzəli Azərbaycan torpağı olan Qarabağın simvollarından biri sayılan Xarı Bülbüllə bağlı növbəti layihəni həyata keçirir. 
 
“Xarı Bülbül - Qarabağın sirli möcüzəsini tanıdaq!” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılır. 
 
Layihənin məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, “online” platformalar üçün Xarı Bülbüllə bağlı daha çox materiallar hazırlamaqdır. 
 
Hazırda layihənin 2-ci mərhələsinə start verilmişdir. Bu mərhələdə gənclər üçün 2 müsabiqə - “online” yazı və rəsm müsabiqələri elan olunmuşdur. Gənclər müvafiq elana əsasən Xarı Bülbüllə bağlı yazı və rəsm işlərini təşkilat komitəsinə göndərəcək, daha sonra isə onların ekspertlər tərəfindən qiymətləndirilməsi həyata keçiriləcək. Yekunda qaliblərin fərdi qaydada mükafatlandırılması nəzərdə tutulur. 
 
Layihə çərçivəsində ilk dəfə Xarı Bülbülə həsr olunmuş əhatəli kitabça da nəşr olunacaq.