Şuranın dətəklədiyi layihənin ilk seminarları Cəlilabad şəhərində keçirilib

Cəlilabad şəhərində, Heydər Əliyev Mərkəzində “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən “Koronavirus pandemiyası şəraitində insan alveri ilə mübarizənin əhəmiyyəti və bu istiqamətdə maarifləndirmə işlərinin təşkili” layihəsinin ilk seminarları keçirilib. 
 
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir.
 
Layihə haqqında məlumat verən ictimai birliyin sədri və layihə rəhbəri Raci Səfərov qeyd edib ki, seminarlar Cəlilabad Rayon İcra Hakimiyyətinin texnki-təşkilati dəstəyi ilə iki qrup və hər qrupda 10 nəfərdən çox olmayan iştirakçıların əvvəlcədən sanitar-epidemioloji vəziyyətə uyğun gigiyenik normalara əməl etməklə keçirilib. 
 
Seminarlar zamanı iştirakçılara insan alveri haqqında ümumi məlumat, insan alverinin baş vermə səbəbləri və cəlbetmə yolları, potensial risk qrupları, insan alveri qurbanlarının ehtiyacları və yarana biləcək fəsadlar, insan alveri ilə mübarizə sahəsində hüquqi mexanizmlər, miqrant anlayışıları, deportasiya və viza anlayışları, mənşə, tranzit və təyinat ölkəsi mövzularında məlumatlar verilib. 
 
Tədbirdə Ombudsman aparatının Cəlilabad Regional Mərkəzinin nümayəndəsi Şəmili Xalid iştirak edib. 
Seminarlar müstəqil ekspert Afiq Məlikov tərəfindən idarə olunub.