QHT sədri: Hər bir vətəndaş mənəvi və hüquqi məsuliyyət daşıyır

“Əziz qardaşlar və bacılar, cəbhədə gedən döyüşlər barədə rəsmi təsdiq edilməmiş məlumatları sosial şəbəkələrdə yaymamağınızı  xahiş edirik”.  

Bu fikrləri "Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib.

Təşkilat sədri qeyd edib ki, yalnız Azərbaycan Respublikası  Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməklə hər hansı bir məlumatı yaymaq olar: “Nəzərə almaq lazımdır ki, düşmən ölkəmizə qarşı həm də informasiya müharibəsi aparır və çoxlu sayda təxribat xarakterli məlumatlar yayır. Düşmənin təxribatına uymayaq və məzmunundan asılı olmayaraq rəsmi qurumlarımız tərəfindən təqsdiqlənməmiş məlumatları yaymamalıyıq. Biz 2014-cü ilin avqust  döyüşlərində,  2016-ci ilin aprel döyüşlərində 2020-ci ilin iyul döyüşlərində düşmənin informasiya cəbhəsindəki təxribatlarının şahidi olduq.
Vətən  Müharibəsini  bütünlükdə xalqımız və dövlətimiz aparır. Ordu  müharibənin  döyüş hissəsini aparır. Hər birimiz müharibə dövrünün qanunlarına tam şəkilidə əməl etməliyik. Hər bir vətəndaş  mənəvi və hüquqi məsuliyyət daşıyır.  Tanrı ordumuzu və dövlətimizi qorusun. Qələbə Azərbaycanındır. Qarabağ Azərbaycandır”.