Şuranın dəstəyilə 11 ailəyə birdəfəlik ərzaq yardımı edilib

qhtxeber.az  “Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "COVİD-19 pandemiyasından əziyyət çəkən imkansız ailələrə dəstək" layihəsi çərçivəsində 11 imkansız ailəyə birdəfəlik ərzaq yardımı göstərib.
 
Təşkilatın sədri Füzuli Əsədovun sözlərinə görə, layihənin əsas məqsədi COVİD-19 pandemiyasından zərər çəkən 11 imkansız ailəyə ərzaq yardımı göstərilməsi ilə onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yardım etmək idi: "Azərbaycanda pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi respublikamızda pandemiyanın itkilərini minimuma endirməyə imkan verib. Azərbaycan Prezidentinin tapşırığı ilə pandemiyanın bütün sahələrə zərərlərinin azaldılması, əhalinin aztəminatlı hissəsinin dəstəklənməsi üçün addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da respublikamızda koronavirus pandemiyası ilə mübarizə, əhalinin maarifləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi, pandemiyadan zərər çəkən ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətimizin gördüyü işlərə öz töhfəsini verib. Təşkilata daxil olan müraciətlər və fəaliyyət göstərdiyimiz ərazidə yaşayan koronavirus pandemiyasından zərər çəkən imkansız ailələrdən ibarət siyahı müəyyənləşdirilib”.