QHT Allyansı Beynəlxalq təşkilatlara müraciət edib

“Ermənistan silahlı qüvvələri 26-27 oktyabr 2020-ci il tarixdə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq və müharibə cinayətlərini davam etdirərək Bərdə rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutmuşdur. Nəticədə yenə də uşaqlar qətlə yetirilmişdir. Lakin Ermənistanın müharibə cinayətləri bununla bitmir. Eyni zamanda müəyyən olunmuş faktlara əsasən, Ermənistan ordusunun Azərbaycanın işğal olunduğu ərazilərdə həyata keçirdiyi hərbi əməliyyatlarda azyaşlı uşaqlar cəlb olunur və eyni zamanda uşaq baxçaları və digər təhsil müəssisələrindən hərbi məqsədlərlə istifadə olunmaqdadır. Bu fakti yayılmış videolar da sübut edir.Bununla da Ermənistan tərəfindən kobud şəkildə beynəlxalq hüquq normaları pozulmaqdadır". Bundan başqa baxçalarda və digər təhsil müəssilərində hərbi məqsədli görüşlərin keçirilməsi Ermənistan ordusu tərəfindən hətta öz uşaqlarına qarşı cinayətkar münasibətdən xəbər verir.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin SİA-ya verdiyi məlumata əsasən Uşaq hüquqları üzrə QHT Allyansının xəttilə beynəlxalq təşkilatlara müraciət göndərilmişdir.

Müraciətdə Ermənistan ordusu tərəfindən Azərbaycanın dinc əhalisi, o cümlədən uşaqlara qarşı həyata keçirdiyi insanlığa qarşı cinayət törətməkdədir. Ermənistan ordusunun Azərbaycanın işğal olunduğu ərazilərdə həyata keçirdiyi hərbi əməliyyatlarda uşaq əsgərlərin qanunsuz cəlb olunması və eyni zamanda uşaq baxçaları və digər təhsil müəssisələrindən hərbi məqsədlərlə istifadə olunması, və bununla da kobud şəkildə beynəlxalq hüququn, Genevrə konvensiyaları, ona əlavə Protokolların, BMT Uşaq hüquqları konvensiyasının, Təhlükəsiz Məktəblər Deklariyasının və digər hüquq normalarının pozulması qeyd olunur. Müraciət Beynəlxalq Qızıl Xaç Komitəsinə, BMT-nin Uşaq Hüquqları Fondu (UNICEF)-ə, BMT-nin təhsil məsələləri üzrə xüsusi məruzəçisinə və uşaq hüquqları ilə məşğul olan beynəlxalq QHT-lərə unvanlanmışdır. Beynəlxalq qurumlardan öz mandatlarına uyğun Ermənistanın qeyri-qanuni hərəkətlərinə görə müvafiq tədbirlərin görülməsi tələb edilmişdir.