QHT-lərin nəzərinə!

Hörmətli QHT nümayəndələri,
 
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin (AİN) müraciəti əsasında Sizi onlayn Sorğuda iştirak etməyə dəvət edirik. Sorğu AİN-in vətəndaş cəmiyyəti təşkilatları (VCT) ilə məsləhətləşmələrinin bir hissəsidir.
 
Araşdırmanın əsas məqsədi vətəndaş cəmiyyətinin 2020-ci ildən sonrakı Aİ-Azərbaycan əməkdaşlığının məqsədlərinə çatılmasına və 2021-2027-ci illər Azərbaycan üzrə inkişaf əməkdaşlığı (Qonşuluq, İnkişaf və Beynəlxalq Əməkdaşlıq Aləti - NDICI) üçün yeni maliyyə alətinin proqramlaşdırılmasına necə töhfə verə biləcəyini daha yaxşı anlamaqdır. Aİ istərdi ki, VCT prioritetlərini gələcək alətə (sənədə) daxil etsin və əməkdaşlıq nəticələrinə nail olmaq üçün VCT-lərlə sıx iş birliyini təmin etsin.
 
Sorğunun tamamlanması təxminən 15 dəqiqə çəkəcək. Bu sorğunun doldurulması üçün son tarix 30 noyabr 2020-ci ildir. Sorğunu bu linkə daxil olmaqla onlayn doldura bilərsiz: https://kwiksurveys.com/s/gxGd2rbT
 
Sorğu üçün vaxt ayırdığınıza görə öncədən Sizə təşəkkür edirik.