QHT yazı müsabiqəsi keçirir: "Nidanın gücü, gücün nidası!"

"Uşaqların Gələcəyi Naminə" təşkilatı Azərbaycan Ordusunun Zəfərinə həsr edilmiş “Nidanın gücü, gücün nidası!” adlı yazı müsabiqəsinə start verib.
 
Bu barədə məlumat verən təşkilatın sədri Könül Quliyeva bildirib ki, müsabiqə V-IX sinif şagirdləri arasında keçiriləcək. 
 
Yazılar 01 dekabrdan 15 dekabradək saat 18:00-dək təqdim olunmalıdır. Şagirdlər müsabiqəyə təqdim olunan yazıları şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə ushaqlargelecek@gmail.com elektron ünvanına göndərməlidirlər. 
 
Yazının həcmi minimum 1 səhifə, yaxud 1 səhifə yarım olmalıdır. Yazı kompüterdə yığılmalı, Times New Roman şifrələri ilə 14 ölçüdə təqdim edilməlidir. 
 
Müsabiqənin yekunlarına əsasən I, II, III yerlər üçün pul mükafatı və digər həvəsləndirici mukafatlar nəzərdə tutulur. Qaliblərin yazılarının gələcəkdə kitab şəkilində dərc edilməsi nəzərdə tutulmuşdur. 
 
Müsabiqəyə təqdim edilən yazıları 5 nəfərdən ibarət ekspert komissiyası qiymətləndirəcək. Onu da qeyd edək ki, yazılar ekspertlərə imzasız təqdim ediləcək. Hər hansı bir sual yaranarsa (050) 969 38 69 nömrəsi ilə əlaqə saxlamaq olar.