Şuranın dəstəyilə Masallıda pandemiyadan zərər çəkmiş qadın sahibkarlara dəstək göstərilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə “Masallıda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi “Covid-19 Pandemiyasından zərər çəkmiş qadın sahibkarlar üçün “Biznesin Təkmilləşdirilməsi” üzrə təlimlərin təşkili layihəsini icra edir.
 
 
Layiə çərçivəsində pandemiyadan zərər çəkmiş 10 qadın sahibkarın müraciət formasına əsasən onlara zəruri avadanlıq və alətlər verilib. 
 
 
Avadanlıq və alətlər dərziçilik, arıçılıq, quşçuluq, süd məhsullarının istehsalı, konservləşdirmə və un məmulatlarının istehsalı ilə məşğul olan qadın sahibkarlarla birbaşa birliyinin sədri Nərgiz Muxtarovanın iştirakı ilə yaşadıqları ünvanlarda təqdim edilib.
 
 
Layihə çərçivəsində ilk olaraq 25 nəfər qadın sahibkar seçilmiş onlar üçün 3 (üç) müxtəlif gündə zoom platforması vasitəsi ilə biznesi təkmilləşdirməyə yönəlmiş distant təlimlər təşkil edilib.
 
 
Distant təlimlərdən sonra müraciət edənlər arasında pandemiyadan zərərçəkən, gəlirləri azalmış, layihə kriteriyalarına uyğun olan 10 qadın sahibkar seçilib və onlara yuxarıda qeyd edilmiş formada dəstək göstərilib.