Avropa Komissiyası Metsamor AES-in bağlanmasını tələb edir

Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyası (AES) tezliklə bağlanmalı və təhlükəsiz şəkildə istismardan çıxarılmalıdır.
 
Bu barədə Avropa Komissiyasının Ermənistanla tərəfdaşlıq sazişinin icrası barədə işçi qrupunun 2020-ci il üzrə hesabatında bildirilib.
 
Qeyd olunub ki, AES-in nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq standartlara uyğun olaraq yenilənməsi mümkün deyib.