Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edib

Mənəvi Dəyərlərin Təbliği Fondu “Mənəvi mirasımız: Alban dini məbədlərimiz” adlı videoçarx müsabiqəsi elan edir.
 
Bu barədə AZƏRTAC-a Fonddan məlumat verilib. Müsabiqənin əsas məqsədi Azərbaycanda yerləşən Alban tarixi-dini abidələrinin geniş auditoriya kütləsinə təbliği, müxtəlif bölgələrimizdə yerləşən, keçmişimizin izlərini özündə əks etdirən bu abidələrin daha çox öyrənilməsi, eləcə də qalib elan edilən materialların müxtəlif internet resurslarında xarici dillərdə (rus və ingilis dillərində) yayılmasını həyata keçirməkdir.
 
Müsabiqəyə təqdim olunan materiallar video formatında qəbul ediləcək.
 
Materialların qiymətləndirilməsi zamanı videonun aşağıdakı özəllikləri xüsusilə nəzərə alınacaq:
 
1) Keyfiyyət: minimum 1920×1080;
 
Ölçü: 16:9 ratio;
 
Müddət: 1-4 dəq aralığında;
 
Format: on-off və ya digər maraqlı təqdimatlarda ola bilər.
 
2) Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs yalnız bir obyekt (abidə, məbəd və s.) barəsində material təqdim edə bilər. Təqdim edilən video materialda haqqında danışılan obyekt (abidə, məbəd və s.) barəsində məlumat mahiyyəti üzrə əhatəli və aydın formada olmalı, obyektin tarixi, yerləşəmə yeri və müxtəlif rakurslardan görüntüsü əks olunmalıdır.
 
Materiallar elektron daşıyıcıda birbaşa, poçt vasitəsilə və ya mdtf.press@gmail.com  adresinə göndərilməklə Fonda təqdim edilə bilər. Materialı Fonda təqdim edərkən özünüz barədə (ad, soyad, ata adı, yaşayış ünvanı, əlaqə vasitəsi) yazılı məlumat verməyi unutmayın
 
Qaliblər pul mükafatları ilə mükafatlandırılacaq:
 
I yer (bir nəfər)- 800 AZN
 
II yer (iki nəfər)- 600 AZN
 
III yer (üç nəfər)- 400 AZN
 
Hər biri 150 AZN olmaqla 4 həvələndirici mükafat
 
Son müraciət tarixi: 2021-ci il 1 may.