Prezident İlham Əliyev: “Biz Xocalıya qayıdacağıq”

“Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar”.
 
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
 
“Noyabr ayınının 10-da imzalanan bəyanatda bu göstərilib. Bəli, bu bir qədər zaman tələb edəcək. Və birgə səylər tələb edəcək. Amma bu qaçılmazdır. O cümlədən, Xocalıya biz qayıdacağıq. Başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır. Süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar”, - deyə Prezident vurğulayıb.