Azərbaycanda sahibkarların 21,3 faizi qadınlardır

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir.
 
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29 faiz, sahibkarlar arasında isə 21,3 faizdir.