Agentlik sədri: Yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq

Ölkədə çox yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq.
 
qhtxeber.az trend-ə istinadən məlumat verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.
 
Onun sözlərinə görə, əsas məqsədlərdən biri rəqəmsal məşğulluğa keçiddir. Hazırda agentlikdə bu istiqamətdə 8 böyük innovativ layihənin həyata keçirilməsi üçün işlər aparılır. Bunların ən əsası əmək münasibətləri və məşğulluq alt sistemləridir: “Bunun ilk hissəsinin tətbiqini yaxın vaxtlarda gözləyirik. Bunun tətbiqi nəticəsində ölkənin əmək münasibətləri sistemi kökündən dəyişəcək, ölkədə kadr inzibatçılığı tam olaraq elektron müstəviyə keçiriləcək. Bütün kağız yanaşmalar ortadan qaldırılacaq. Biz mərhələli şəkildə həm əmək müqavilərinin ortadan qalxmasına nail olmağı, həm də əmək kitabçalarının dövriyyədən çıxmasını hədəfləyirik. Eyni zamanda, çox yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxmasını nəzərdə tuturuq. Bununla yanaşı, kağız üzərində əmrlər, ştat cədvəlləri, ezamiyyə vərəqələri-kağız daşıyıcıda olan bütün məsələlərin tam olaraq, elektron müstəviyə keçirilməsini hədəfləyirik”.