SOS! İqlim dəyişikliyi: Planetə öz evimiz kimi baxaq- VİDEO

"Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Gənclər iqlim dəyişikliyinə qarşı” maarifləndirmə kampaniyası adlı layhənin icrasına başlayıb. 
 
Layihə çərçivəsində iqlim dəyişikliyi probleminin aktuallığını üzə çxaran və bu problemin həlli üçün insanların, o cümlədən gənclərin səfərbər olunmasının zəruriliyini diqqətə çatdıran sosial çarxın çəkilib. Sosial çarxda Prezident Yanında Elmin İnkişafı Fondunun İcraçı direktoru, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev, Respublika Uşaq, Gənclər İnkişaf Mərkəzının direktoru, EkoSfera İctimai Birliyinin sədri Firuza Sultanzadə, Tusi Bohm Planitariumun rəhbəri, AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famil Mustafa, aparıcı və bloqer Natella Kərimova və millət vəkili Qənirə Paşayeva gənclərə cagırış ünvanlayıb. Park Cinema kinotetarında baş tutan təqdimat mərasimində qonaqlara videoçarx təqdim olundu və gənclərə istiqamətlənən çıxışlar səslənib. Prezident Yanında Elmin İnkişafı Fondunun İcraçı direktoru, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev, hökümət tərəfdən bu sahədə görülən çoxsayl işləri xatırladıb, ancaq QHT sektorunun bu məsləyə diqqət çəkməsinin də əhəmiyyətindən danışıb. 
 
 EkoSfera İctimai Birliyinin sərdi Firuza Sultanzadə 1500 dən çox uşaq və yeniyetməni öz ətrafında birləşdirən təşkilatınən daim bu səpgili layihələrə dəstək verdiyini bildirib.
 
İştirakçlardan Natella Kərimova da uşaqlara təbiəti sevməyin yaşının olmadıgını hər an ona qaygı ilə yanaşmagən vacibliyini bildirib. Tanınmış jurnalistlər Zöhrə Əliyeva, Namiq Mailov, Elnur Niftəliyev də fikirlərini bölüşüblər. Tədbir iştirakçıları növbəti sosial çarxda iştirakçı ola biləcəklərini də dilə gətiriblər.