Gənclər təşkilatlarının nümayəndələri üçün məlumatlandırma sessiyası keçiriləcək

Azərbaycan Gənclər və İdman Nazirliyinin gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi qrant müsabiqəsi ilə bağlı aprelin 9-da saat 16:00-da “Zoom” platforması üzərindən məlumat sessiyası keçiriləcək.
 
Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verilir ki, məlumat sessiyasında iştirak etmək istəyən təşkilat rəhbərlərinin aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçmələri xahiş olunur.
 
Məlumat sessiyasında yalnız qeydiyyatdan keçən şəxslər iştirak edə biləcəklər.
 
Link elektron poçt ünvanına avtomatik olaraq göndəriləcək.(AZƏRTAC)
 
Qeydiyyat linki: https://us02web.zoom.us/meeting/register/tZIsceivqjkrGNUbOEKw