Azərbaycanda ilk dəfə “Dijital Qadın Festivalı” keçiriləcək

Mayın 6-dan 8-dək Azərbaycanda ilk dəfə onlayn “Dijital Qadın Festivalı” keçiriləcək.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, festivalda qadınların məlumatlandırılması, ilhamlandırılması üçün karyera, təhsil, sağlamlıq, gözəllik, mətbəx və sair mövzular barədə tanınmış peşəkar mütəxəssislərin canlı çıxışı, eyni zamanda, yoqa, fitness, zumba təlimləri baş tutacaq.
 
Əlavə olaraq, saytda müxtəlif marka məhsullarının və əl işlərinin satışı onlayn həyata keçiriləcək. Günün sonunda isə tanınmış və sevilən ifaçılar da festivalda çıxış edəcəklər.
 
Festival mayın 6-8-də onlayn platforma olan “qadinfest.az” saytında baş tutacaq.