Umud Mirzəyev: Müharibədən sonra 20 nəfər minaya düşərək ölüb

Münaqişə başa çatandan sonra 9-u mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həyatını itirib.
 
Bunu BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
 
“8 nəfər mülki şəxs olmaqla, daha 85 vətəndaş ağır yaralanıb. Mina qurbanı olan 20 insanın həyatı xilas edilə bilərdi. Ermənistan bunu etmədi. Ermənistanın insan həyatına bais olan minaları basdırması müharibə cinayətidir”, -deyə U. Mirzəyev qeyd edib.