2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq müzakirə olunub

qhtxeber.az//  Binəqədi rayonunda 2017-2018-ci  illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında Şura iclası keçirilib.
qhtxeber.az-a daxil olan məlumata görə, Şura iclasında Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyətinin başçının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparatın şöbə müdirləri, inzibati sahə dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, MKTB, kommunal xidmətlərinin rəhbərləri, müəssisə rəhbərləri və fəal gənclər iştirak ediblər. 
 
Şura iclasını açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı  Xaləddin İsgəndərov gündəlikdə duran məsələlər, 2017-2018-ci  illərin payız-qış mövsümünə hazırlığın nəticələri ilə əlaqədar Binəqədi rayon təsərrüfatında görülən işlər və görülməsi nəzərdə tutulan işlər haqqında geniş məlumat verib.
 
Rayon təsərrüfatı şöbəsinin müdiri Qüdsi Bayramov “2017-2018-ci  illərin payız-qış mövsümünə hazırlığın nəticələri ilə əlaqədar  Binəqədi rayon təsərrüfatında görülən işlər və görülməsi nəzərdə tutulan işlər”, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov “2017-2018-ci  illərin payız-qış mövsümünə hazırlığı dövründə mənzil fondunun yaxşılaşdırılması istiqamətində görülən və görülməsi nəzərdə tutulan işlər”, 3 saylı İstilik Sistemləri İstismar Səhəsinin rəisi Rövşən Tağıyev “2017-2018-ci illərin payız-qış mövsümü ərzində əhalinin istiliklə təmin edilməsi istiqamətində görülən və görülməsi nəzərdə tutulan işlər”, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov “M.Ə.Rəsulzadə bələdiyyəsində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar görülən və görülməsi nəzərdə tutulan işlər” haqqında məruzə ilə çıxış ediblər. 
 
Şura iclasının qərarı oxunduqdan sonra iclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib. 
 
Natiq qeyd edib ki, bu gün rayonumuz Binəqədidə Cənab Prezidentin tapşırıqları əsasında xeyli işlər görülüb və bu işlər davam etdiriləcək. Bir sözlə, sürətli sosial-iqtisadi inkişafın tempinin aşağı düşməməsini təmin etmək üçün ilin sonuna qədər görüləcək işlər çoxdur. Biz bu işlərin hamısını cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında, onun verdiyi tapşırıqları və göstərişlərə əməl edərək  yüksək səviyyədə görməliyik və görəcəyik. Eyni zamanda, natiq 2017-2018-ci  illərin payız-qış mövsümünə hazırlığın nəticələri ilə əlaqədar Binəqədi rayon təsərrüfatında görülən işlər və görülməsi nəzərdə tutulan işləri xüsusi vurğulayaraq bildirib ki, bu işlər yüksək səviyyədə təmin edilməli və sakinlərin qış fəsilində rahatlığı təmin edilməlidir. 
 
Şura iclasının sonunda Ərazi idarəetmə və yerli özünüidarəemə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Hacıbaba Babayevə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib, 2017-ci il ərzində rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində və əhaliyə göstərilən kommunal xidmətlərin təşkil olunmasında fərqlənən bir qrup əməkdaşlar təltif olunublar.