“ASAN könüllüləri”nin növbəti qrupu təcrübə keçməyə başlayıb

qhtxeber.az//  Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 11-ci qrupun üzvləri ilə görüş keçirilib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə  tanış olublar və onlara ətraflı məlumat verilib. 
 
Sonra gənclər öz istəklərinə əsasən peşə istiqamətlərinə uyğun olaraq müvafiq şöbələr üzrə bölüşdürülərək Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayıblar.