“Vəkil məsləhətləri toplusu” kitabının nəşrinin məqsədi əhalinin hüquqi maariflənməsinin gücləndirilməsi vasitəsi ilə onların məhkəmələr və digər dövlət orqanlarına çıxış imkanlarının təmin edilməsidir. Dövlət nəşri olan "Azərbaycan" qəzetində 2009-cu ildən etibarən daimi olaraq "Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir" rubrikası fəaliyyət göstərir və bu dövr ərzində vətəndaşların hüquqa dair müxtəlif sualları cavablandırılmışdır. Nəşrdə 3 il ərzində toplanılmış sual-cavablar öz əksini tapmışdır.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr olunub.
QHT TRİBUNASI