Şuranın dəstəyilə erməni terrorunu dünyaya tanıdan video – infoqrafika hazırlanıb

qhtxeber.az//  “Uğurlu Gələcək Naminə” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyilə "Erməni terrorçularının Azərbaycana qarşı törətdikləri terror aktları haqqında qısametrajlı videoçarxın hazırlanması" layihəsini başa vurub.
 
Layihənin yekunu olaraq ermənilərin Azərbaycana qarşı törətdikləri terror aktlarına dair toplanan faktların yer aldığı xüsusi video-infoqrafika hazırlanıb. Video-infoqrafikada ermənilərin 1988-1994-cü illərdə törətdikləri terror aktları əks olunur.
 
Erməni terrorçuluğunu dünya ictimaiyyətinə çatdırmaq məqsədilə video 4 dilə - rus, ingilis, fransız və alman dillərinə tərcümə edilib.