Qarabağ qazisi işlə təmin olunub - “ASAN-xidmət”də

Qarabağ qazisi, bir sıra uğurlu əməliyyatlarda iştirak edən İlqar Babayev Quba “ASAN-xidmət” mərkəzində işlə təmin olunub.
 
qhtxeber.az azvision.az-a istinadən məlumat verir ki, İ. Babayev uzun müddət Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və ordu sıralarından tərxis olunub.
İ. Babayev Quba “ASAN-xidmət” Mərkəzində Vətəndaşların hüquqlarının təminatı sektorunda çalışır.
 
“Mənə göstərilən etimada görə “ASAN-xidmət” rəhbərliyinə təşəkkür edirəm. İş üçün müraciət etdim, sağ olsunlar qəbul etdilər. Bundan sonra da xalqıma ləyaqətlə xidmət etməyə çalışacağam” – İ. Babayev deyib.