Axtarış: 
Şurada insan hüquqları və demokratiya ilə bağlı layihələrin icrası müzakirə edildi
+  -  Çap 
Yerləşdirilib: 24.06.11 | Baxılıb: 284
qhtxeber.az// Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin birinci yarısında ayrı-ayrı istiqamətlər üzrə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı müzakirələri davam etdirir. Qhtxeber.az-ın məlumatına görə bu gün insan hüquqları və demokratiya istiqaməti üzrə maliyyələşdirilmiş layihələrin icra vəziyyəti müzakirə edilib. Tədbiri açan Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov qeyd edib ki, ölkədə insan hüquqlarının qorunması və demokratiyanın dərinləşməsilə bağlı dövlət tərəfindən görülən işlərə vətəndaş cəmiyyətinin dəstək verməsi son dərəcə vacibdir. F.Qurbanov layihələrin icrasında qazanılmış uğurlu nəticələr, eləcə də yol verilmiş nöqsanlar barədə danışıb. Nöqsanların aradan qaldırılması üçün layihə və QHT rəhbərləri təlimatlandırılıb. Layihələrin icrasına nəzarəti həyata keçirmiş Şura əməkdaşı E.Bağırovun verdiyi məlumatda qeyd edilib ki, 2011-ci ilin birinci yarısında insan hüquqları və demokratiya istiqaməti üzrə maliyyələşdirilmiş 16 layihəyə 91.200 manat vəsait ayrılmışdır. E.Bağırov bildirib ki, bu layihələr ölkənin 16 rayon və şəhərini əhatə edib. Layihələrin icrasına cəlb edilmiş şəxslərdən 40 nəfəri aylıq əməkhaqqı alıb. Layihələr çərçivəsində 2 QHT mövzuya aid müxtəlif kitab, broşur və buklet çap edərək yayıb, 3 QHT təlimlər və seminarlar təşkil edib, 3 QHT monitorinq və sorğular keçirib, 3 QHT təlimlər keçib, 1 QHT ictimai debat təşkil edib, 3 QHT maarifləndirmə tədbirləri həyata keçirmişdir. Müzakirələrdə çıxış edən QHT və layihə rəhbərləri Q.Budaqova, Y.Cəfərli, B.Qarayev, H.Mürsəlov, O.Ağayev, K.Abdullayeva, Ç.Gülalıyev və başqaları layihələrin icrası ilə bağlı öz fikir və təkliflərini bildirdilər.
Qeyd edək ki, 29 iyun 2011-ci ildə mədəniyyət məsələlərilə bağlı təşəbbüslər üzrə maliyyələşdirilən layihələrin icra vəziyyəti müzakirə ediləcək.





Âêîíòàêòå Ìîé Ìèð FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


QHT çempionatı
 
Müzakirə
 
QHT TV
 
Köşə
Əkbər Həsənov

Bir qədər də dövlət rəmzlərinə hörmət barədə 


Etibar Əliyev «XXI Əsr» Təhsil Mərkəzinin sədri

Bir yəhudi ilə bir türkün Nobel nitqi



Ülkər Abdullayeva

Azərbaycanda kişilər qadınları necə məhv eləyir?


Jalə Tofiqqızı

Tarix yazan tarixi şəxsiyyət!


 
Arxiv
« May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
Online hüquq məsləhətxanası
 
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo