QHT TV
Arxiv
Yan.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     


Axtarış: 
QHT insan hüquqları mövzusunda 3 müxtəlif müsabiqə elan etdi
+  -  Çap 
Yerləşdirilib: 04.10.11 | Baxılıb: 967
qhtxeber.az// Remedium Hüquq Mərkəzi Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Öyrən, tətbiq et, öyrət, təşviq et (Each one, teach one) adlı layihə çərçivəsində insan hüquqları mövzusunda ən yaxşı məqalə, ən yaxşı foto və ən yaxşı qısametrajlı film müsabiqəsi elan edir.
Remedium Hüquq Mərkəzinin sədri Əli Əliyevin qhtxeber.az-a verdiyi məlumata görə, müsabiqə 2 mərhələdən ibarətdir:1. Öyrən, tətbiq et;
- İstək məktubunu remediumlc@gmail.com e-mail ünvanına göndər;
- İnsan hüquqları ilə bağlı keçirilən təlimdə iştirak et;
- İnsan hüquqları ilə bağlı keçirilən təlimdə öyrəndiyin mövzulardan birini əks etdirən məqalə hazırla;
- İnsan hüquqları ilə bağlı keçirilən təlimdə öyrəndiyin mövzulardan birini əks etdirən fotoşəkil hazırla;
- İnsan hüquqları ilə bağlı keçirilən təlimdə öyrəndiyin mövzulardan birini əks etdirən qısametrajlı film hazırla;

2. Öyrət, təşviq et;
- Hazırladığın məqaləni Remedium Hüquq Mərkəzinin Facebook səhifəsinə yerləşdir və bacardığın qədər yay;
- Remedium Hüquq Mərkəzinin Facebook səhifəsində 25 iştirakçı arasında ən çox Bəyənilənlərdən ol;
- Bəyənilmiş 10 iştirakçı arasından Müsabiqənin Münsiflər Heyəti tərəfindən seçil;
- Müsabiqədə qələbə və pul mükafatı qazan.
Onun sözlərinə əsasən, bütün təlim iştirakçılarına sertifikat veriləcək.
Müsabiqənin şərtlərinə gəlincə, məqalələr 2500 sözdən yuxarı olmamaq şərtilə, kompüterdə, A4 formatında, 12 ölçülü Times New Roman şriftində, 1 interval ilə tərtib olunmalı, Azərbaycan dilində hazırlanmalıdır. Müsabiqədə 16 yaşdan yuxarı hər bir kəs, hər bir iştirakçı yalnız bir məqalə ilə iştirak edə bilər. Hər bir iştirakçı təqdim etdiyi məqalənin müəllifi olmalı və bu məqalə əvvəllər heç bir yerdə dərc olunmamalıdır. Məqalə insan hüquqları ilə bağlı keçirilən təlimin mövzularından birini əks etdirməlidir.
Hər bir iştirakçı fotomüsabiqədə maksimum 5 fotoşəkillə iştirak edə bilər və hər kəs təqdim etdiyi fotoşəklin müəllifi olmalı və fotoşəkil əvvəllər heç bir yerdə nümayiş olunmamalıdır.
Qısametrajlı filmə gəlincə, film minimum 5, maksimum 10 dəqiqəlik Avi formatında olmalıdır. Hər bir iştirakçı müsabiqədə yalnız bir qısametrajlı filmlə iştirak edə bilər. Film filmdə iştirak edənlərin razılığı ilə çəkilməli və bu film əvvəllər heç bir yerdə nümayiş olunmamalıdır. Qısametrajlı film insan hüquqları ilə bağlı keçirilən təlimin mövzularından birini əks etdirməli və yalnız video kamera ilə çəkilməlidir.
Remedium Hüquq Mərkəzinin sədri bildirib ki, müsabiqənin nəticələrinə dair dəyərləndirmə meyarları da müəyyənləşdirilib. Belə ki, mövzunun olmuş hadisə əsasında açıqlanması, konkret nümunədən çıxış etməklə ictimai maraq kəsb edən problemlərin işıqlandırılması, insan hüquqlarının təmini ilə bağlı problemlərin səbəblərinin araşdırılması və həlli yolları, məqalənin cəmiyyətdə insan hüquqlarının təbliği baxımından əhəmiyyəti, məqalənin peşəkarlıq səviyyəsi (mövzunu tam əhatə etməsi, anlaşıqlı olması, kompozisiya zənginliyi, müxtəlif fikirlərin balanslaşdırılması, başlığın orijinallığı) məqalələrin dəyərləndirmə meyarları hesab olunur. Bundan başqa fotoşəkillər, qısametrajlı film münsiflər heyəti tərəfindən yaradıcılıq və məzmuna görə qiymətləndiriləcək.

Məqalə və foto müsabiqəsinin qaliblərini aşağıdakı mükafatlanlar gözləyir:
1-ci yerin qalibi 200 ABŞ dolları;
2-ci yerin qalibi 150 ABŞ dolları;
3-cü yerin qalibi - 100 ABŞ dolları.

Qısametrajlı film müsabiqəsinin qaliblərinin mükafatı isə daha yüksək olacaq:

1-ci yerin qalibi 400 ABŞ dolları;
2-ci yerin qalibi 300 ABŞ dolları;
3-cü yerin qalibi - 200 ABŞ dolları.

Qeyd edək ki, dekabrın 10-dək qısametrajlı filmlərin, dekabrın 17-dək məqalələrin, dekabrın 24-dək isə fotoların qəbul ediləcəyi müsabiqədə iştirak pulsuzdur.



 FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Baş redaktor Sənan Nəcəfov
2017 www.qhtxeber.az
Powered by Danneo