Red Ribbon Award (Qırmızı Lent mükafatı) QİÇS-lə mübarizə üçün minimum 10 min ABŞ dolları həcmində qrant elan edib. Qlaib təşkilatlara mükafat Vaşinqtonda keçiriləcək XIX Beynəlxalq QİÇS Konfransında təqdim olunacaq (22-27 iyul 2012).
QHT-lər, dini təşkilatlar, qruplar, qrant layihəsində iştirak edə bilərlər. Mükafatı qazanmaq şansı aşağıdakı kateqoriyalar üzrə təbliğat aparanlardadır: • Xəstəliyin cinsi əlaqə yolu ilə keçdiyini xəbərdar edən təbliağat məlumatları yayanlar. • Narkotik aludəçiləri arasında təbliğat aparanlar • Müalicə, xəstəyə qulluq və mənəvi dəstək verənlər – antivirus terapiyası ilə məşğul olanlar, VİÇ daşıyıcısı yaşayan ailələrlə işləyənlər, • Təşviqat və insan hüquqları sahəsində səy göstərənlər- QİÇS yayıcısı hesab olunan hərəkət və vasitələr hqda informativ məlumat verilməsi, bu təbəqədən olan insanlara diskriminasiyaya qarşı çıxılması Namizədlər ərizələri internet vasitəsilə, e-maillə göndərəb bilərlər. Müraciət üçün son tarix 29 fevral 2012-ci ildir. Daha ətraflı bu linkdə: http://www.redribbonaward.org/index.php?option=com_content&view=article&id=394&Itemid=274&lang=en
|